Təyyarədə can bazarı.

15-12-2022, 11:58           
Təyyarədə can bazarı.
Təyyarə Naxçıvan hava limanından qalxışa keçən kimi bir yaşlı qadının halı pisləşdi, hay-küy qopdu.
Təyyarənin geri bomboş Naxçıvan hava limanına qayıtması maksimum 5 dəqiqə zaman alardı, lakin pilot Bakıya doğru hərəkət etməyə davam edirdi. Yəqin izin verilməyib.
Təyyarədə olan 4-5 nəfər ekipaj üzvündən 1 nəfərin belə təcili tibbi yardım bilgisi olmadığı ortaya çıxdı. Mikrofonla təyyarədə həkim olub olmadığını soruşdular. 1 oğlan qaçaraq gəldi. Daha sonra 1 xanım da yardıma qaçdı.
Məlum oldu ki, təyyarədə ümumiyyətlə ilkin tibbi yardım üçün heç nə yoxdur. Sadəcə su və limon təklif edə bildilər. Bir də oksigen balonu.
Anons edib sərnişinlərdən kolonya, spirt və s. istədilər. Halbuki təyyarənin bortuna elə şeyləri keçirmirlər və ancaq baqajda aparmağa izin verilir.
2 nəfərin 20 dəqiqəlik mücadiləsindən sonra qadın nisbətən özünə gətirilə bilsə də gözləri tərs dönmüşdü. Böyük ehtimal infarkt keçirirdi. Yanında olan biri daha əvvəl də infarkt olduğunu bildirdi.
Düşündük yəqin təyyarə ən yaxın hava limanlarından birinə eniş edər. Lakin Bakıya qədər dayanmadı. 2 nəfər həkim olduğunu bildirən şəxsin və təyyarədəki bütün fədakar sərnişinlərin sayəsində qadın Bakıya kimi sağ çatdırıla bildi.
Pilotun etdiyi tək şey gedəndə 55 dəqiqəyə getdiyimiz yolu qayıdanda 50 dəqiqəyə çatmaq oldu.
Bakıdakı Heydər Əliyev Beynəlxalq hava limanında isə tibbi ekipaj hazır gözləyirdi.
Qadını apardılar...
Allah kömək olsun!
Rauf Qərib Alagöz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.