İmişlinin icra başçısı dotasiya istəyir, vermirlər, ona görə də…

26-05-2016, 17:23           
İmişlinin icra başçısı dotasiya istəyir, vermirlər, ona görə də…
İmişli rayonu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən dotasiya almayan çox az sayda rayonlardan biridir. Lakin İmişlidə ən böyük vergi ödəyicisi olan Azərsun Holdinqin Şəkər Emalı Zavodu artıq ötən illərlə müqayisədə daha az rentabelli işləyir. Şəkər cuğunduru əkilən ərazilərlə bağlı olaraq bu rayonda fermerlərə verilən sifarişlər də kifayət qədər azalıb. İmişlidə durum olduqca ağırdır. Sahibkarlar torpaq islahatlarından tutmuş, fərdi ticarətlə məşğul olmağa qədər hər şeydən şikayətçidirlər. Rayon ərazisində cari ildə demək olar ki, heç bir abadlıq, yenidənqurma, təmir və trikinti işləri aparılmır. Vilyam Hacıyev isə hələ də gözləyir ki, rayona dövlət büdcəsindən əlavə dotasiya ayrılsın.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Vilyam Hacıyev 2016-cı ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərlə bağlı olaraq hətta təkliflər də hazırlayıb. Neftin qiymətinin aşağı düşməsi ilə bağlı olaraq ölkədə qeyri-neft sektorunun inkişafına dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq proqramların icra edilməli olduğu təqdirdə, İmişlidə müvafiq olaraq hansısa işin görülməsinə dair məlumat almaq çətindir.

İmişlidən olan sahibkarların şikayətlərindən də bir məqam hiss edilir ki, V.Hacıyev tezliklə bu rayonla vidalaşacağının fərqində olduğundan hər hansı bir mütərəqqi işlərlə bağlı təşəbbüsdə bulunmur. Hər halda daha geniş reportajlarımızdan da bunu müşahidə edəcəyik. Qarşı tərəfin də mövqeyi bizim üçün maraqlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.