Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq

1-02-2023, 11:54           
Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq
Nəqliyyatda gediş haqqının artırılması gözlənilən idi, bu haqda keçən ilin sonunda danışmışam (linkləri şərhlərdə yerləşdirəcəm). Fikrim dəyişməyib, həmin sözləri bir daha təkrar edim:
“Bu gün nəqliyyatın idarəedilməsində pərakəndəlik var. Bundan başqa zaman-zaman dövlətin ayırdığı subsidiyaların bəzi özəl daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb.
Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. "Yeganə çıxış yolunun gedişhaqqının artırılmasıdır" fikri yanlışdır. Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya bir dəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var.
Ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır. “BakuBus” və Metropolitenlə bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır – bizdə isə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayırlar.
Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır. Onlar avtobusun alınma xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil çünki “BakuBus” avtobusları, Metropoliten isə vaqonları dövlət hesabına alınıb.
Qiymət artımı gözləniləndir. Amma bunun yanvar ayından tez olacağını güman etmirəm".
P.S. “Sağ olsunlar” yanvarın son günü qərar verib yenə haqlı çıxartdılar...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.