Qəbələnin "Kəharan" restoranında Azərbaycan qanunları işləmir - Vergi Nazirliyi nədənsə bunu görmür... FOTO
22-04-2023, 18:13
· Teref.az yazır ki, əski deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli Qəbələdə restoran "Kəhran" -da baş verən qanunsuzluqlarla bağlı paylaşım edib. Nazim Bəydəmirlinin paylaşımını təqdim edirik: "Deməli oturduq menyu istədik, dedilər təzə çapa vermişik, hələ hazır deyil, sifarişimizi verdik, yeməyimizi yeyib kompotumuzu içdik və hesab dedik, bir Qaimə fakturaya sadəcə 110 manat yazıb gətirdilər, təkrar hesabı tam olaraq vermələrini və kassa çeki ilə birlikdə istədim ikinci Qaimə fakturanı yenə çeksiz verdilər, VÖEN istədim, kafeni işlədən "o nədir, müəllim?" deyə cavab verdi... uzatmağa, tələb etməyə Fəridə xanım imkan vermədi. Xatırlatdim ki, sənin rəhbəri olduğun klinikaya 5-6 ay əvvəl 2 nəfər vergi müfəttişi operativ yoxlama ilə gəlib baxmayaraq ki, mədaxil olunan pula müvafiq çek verilmişdir, ancaq qanunsuz cərimələmişdilər...sonradan bəhanə də tapdılar ki, çekdə həkim müayinəsi və laborator müayinələr cəm hesablanıb yazilıb... Bir sözlə, hörmətli vergi əməkdaşları ünvan bəlli, qanun pozuntusu da göz qabağında, tədbir görub ictimaiyyətə də məlumat verməyinizi xahiş edirəm... Nazim Bəydəmirli"