Cənubi Koreya Rusiyaya avtomobil satışını qadağan etdi

25-04-2023, 11:24           
Cənubi Koreya Rusiyaya avtomobil satışını qadağan etdi
Cənubi Koreya Rusiya və Belarusa qarşı məhdudiyyətləri genişləndirmək qərarına gəlib.

Ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyindən verilən məlumata görə, yeni qaydalar aprelin 28-dən qüvvəyə minəcək.

Qadağan olunmuş malların siyahısına, xüsusən də qiyməti 50.000 dollar və ya daha çox olan avtomobillər və ehtiyat hissələri daxildir.

Həmçinin bu tarixdən respublikada ixraca nəzarət gücləndiriləcək. Ölkə rəhbərliyi əmin olmaq istəyir ki, Koreyanın ikili təyinatlı malları Moskva və Minskə üçüncü ölkələr vasitəsilə tədarük olunmayacaq.


Eyni zamanda, Rusiyaya işlənmiş avtomobillərin satışına icazə veriləcək.

Mənbə: vesti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru