Çörəyimizə HARAM QATANLAR... - Hər çörəkdən 40 qranm oğurlasan...

25-04-2023, 11:53           
 Çörəyimizə HARAM QATANLAR... -
Yediyimiz çörəyin tərkibi, nəzərdə tutulan çəkisi... son zamanlarb daha çox müzakirə olunan mövzulardandır. Amma nədənsə daha çox istehsal müəssisələrinin gigyenik qaydalara əməl edib-etməməsinə, təmizliyinə daha çox fikir verən AQTA və digər bu kimi təftiş hüququ olan qurumlarımız məhz qeyd etdiyimiz məsələyə diqqət ayırmağı ağıllarının ucundan belə keçirmirlər. DİA.AZ olaraq elə bu məsələyə diqqət ayıracağıq.

Rahib Nuruyev adlı Bakı sakini bildirir ki, evinin yaxınlığında yerləşən "Al market"dən aldığı çörəyin çəkisi 650 qram nəzərdə tutulsa da, normalda 612 qramdır.

Vətəndaş iddia edir ki, bu maksimum çəkidir.

O zaman belə anlaşılır ki, hər çörəkdən 40 qram oğurlayan istehsalçılar bu yolla külli miqdarda gəlir əldə edirlər... Yəqin bu gəlirdən pay alan nəzarətedici qurumlar da qeyd etdiyimiz səbəbdən susmaqdadır...

Məsələ diqqətimizdədir və faktla bağlı bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru