Ramiz Mehdiyevə hədiyyə göndərən məmurlar... - Pandemiyada toyuna risq edib gedirdilərsə...

4-05-2023, 12:44           
Ramiz Mehdiyevə hədiyyə göndərən məmurlar... -
Dünən 85 yaşını qeyd edən Prezident Adminitrasiyasının sabiq rəhbəri Ramiz Ənvəroviç Mehdiyevə hələ də sədaqət nümayiş etdirənlər var. Və həm də məmurlar - görəv başında olanlar sırasında. Bu barədə DİA.AZ-a danılşan məlumatlı mənbə iddia edir ki, Mehdiyevin ad günündə iştirak edən məmurlarla yanaşı, ona kənardan hədiyyə göndərənlər də olub: "Yəni iştirak etməsələr, də üzr istəyərək hədiyyə göndəriblər..."

Xatırladaq ki, Ramiz Mehdiyevin bir neçə il əvvəl pandemiyaya düşən məclisi zamanı böyük rezonans yaranmışdı. Belə ki, karantin qadağalarına rəğmən onun nəvəsinin toyuna gedənlər olmuşdu ki, onlar barəsində də cəza tədbirləri görüldü.

Bunu xatırladan mənbə qeyd edir ki, əslində indi belə bir qadağa yoxdur, amma Ramiz Mehdiyevin hazırki iqtidarla uyuşmayan yönləri səbəbdir ki, onun doğum günündə məmurların iştirakı anlaşılan təəssüratı yaratmasın.

Mənbə dia.az-a bildirir: "Ona görə də Mehdiyevin ad günü məclisində 2-3 məmur iştirak etsə də, 10-dan artıq icra başçısı və nazirlik çalışanı ona hədiyyə göndərməyi özünə borc bilib".

Onlaarın kimliyinə gəlincə isə... Bu barədə növbəti yazımız olacaq...

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru