Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

1-06-2023, 09:38           
Gəncədə aksiya:
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb. Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları təqsirləndirilən şəxslərin ömürlük həbs cəzası almasını istəyir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.