Elçin Quliyev buna diqqət yetirməlidir: Şəkidə sərhədçilər gömrük funksiyası yerinə yetirir? VİDEO

1-06-2023, 10:02           
Elçin Quliyev buna diqqət yetirməlidir:
Teref.az yazır ki, jurnalist Məhəmmədəli Qəribli Şəki Sərhəd Dəstəsinin tabeliyində olan sərhəd zastavasının rəisinin səlahiyyətlərini aşaraq, müşahidə postu barədə tənqidi süjet hazırlayıb. Jurnalistin hazırladığı süjeti təqdim edirik:
Şəkidən hazırladığım 7 dəqiqəlik reportajı sona qədər izləsəniz, görərsiniz ki, Şəki Sərhəd Dəstəsinin tabeliyində olan sərhəd zastavasının rəisi səlahiyyətlərini aşaraq, müşahidə postunu necə gömrük funksiyalı bir məntəqəyə çevirib. Rusiya ilə sərhəddən xeyli uzaq məsafədə quraşdırılan bu postda az qalırlar adamdan xarici pasport istəsinlər. Nəticədə ətrafdakı kəndlərin sakinləri və həmin əraziyə istirahətə gedən vətəndaşlar incidilir. Əminəm ki, Dövlət Sərhəd Xidmətinin Komandanı cənab Elçin Quliyev bu özbaşınalığa son qoyulması ilə bağlı lazımi göstərişi verəcək.
Məhəmmədəli Qəribli
Bu statusun altında çox maraqlı replikalara rast gəlmək olur. Sosial şəbəkə istifadəçiləri bu narazılığa şərik olduqlarını bildirirlər və sosial şəbəkə istifadəçisi Zülfiyyə Quluyeva isə daha ilginc faktlardan yazır:
Zülfiyyə Quluyeva
Çox maraqlıdır, Məhəmmədəli Qəribli, hansı arqumentlə buraxmırlar. Kəldək, Oraban demək olar ki, Şəkinin giriş qapısıdır. Ordan yuxarıda sərhəd var ki?) Bir də Şəkidə ləzgilər elə dağ yolu ilə Dağıstana gedib-gəlirlər, heç sərhəd xidmətinin ruhu da duyuq düşmür) Yaxşı olar ki, gedib o qara yollara nəzarət etsinlər. Özləri də yaxşı tanıyır. Mən Şəkidən N qədər adam tanıyıram ki o yolla Dağıstana, oradan da Rusiyaya gedib-gəlir. Gəlib Kəldəyin başında post qurunca gedib o yollara nəzarət etsinlər.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.