“Xalqın Artisti” adı daşıyan Tünzalə Ağayevanın ekranda açıq-aşkar poz verməsi bu ada yaraşan hal deyil...

1-06-2023, 13:28           
“Xalqın Artisti” adı daşıyan Tünzalə Ağayevanın ekranda açıq-aşkar poz verməsi bu ada yaraşan hal deyil...
Bu gün EKRANDA baş verənlər gənclərin tərbiyyəsinə mənfi təsir edir...
Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, Peyğəmbər əfəndimiz buyururdu ki, biz yediklərimizin cəmiyik. Yəni sağlam qidanın insan üçün necə vacib olduğu bəlli olur. Amma insan təkcə yediklərinin deyil, həm də geydiklərinin cəmidir. Geyimlə bağlı yazmağımız, kimlərisə tənqid etməyimiz qətiyyən səhv başa düşülməsin.
Biz bir media olaraq bütün azadlıqların, o cümlədən geyim-əlbisə azadlığının tərəfdarıyıq. Amma hər bir hərəkətin əndazəsi, ölçüsü, həddi olduğu kimi geyimlər, libaslar da millətin milli-mənəvi dəyərlərinə, dini qaydalarına uyğun olmalıdır. Biz kiminsə qara çadraya bürünməsini, yaxud çimərlikdə kostyumda çimməsini təbliğ etmirik. Sadəcə, başa düşmək lazımdır ki, bura sənin evinin içi deyil, sən cəmiyyətdəsən, nəqliyyatdasan, iş yerindəsən. məktəbdəsən, EKRANDA-san... Həə, indi gəlirik mətləb üstünə...
Bəli, kimlərinsə əndazəni, həddi keçməsi bəlkə də o dərəcədə ciddi problem deyil. Vay o gündən ki EKRANDA-kılar, yəni TANINMIŞLAR, MƏŞHURLAR həddi keçələr... Niyə..? Çünki EKRANA hər gün saatlarla uşaq da, böyük də, yaşlı da, cavan da, məktəbli də tamaşa edir. Ən böyük problem odur ki, yeniyetmələr, gənclər, şagirdlər, tələbələr daha çox EKRANDA-kılara oxşamağa, bənzəməyə çalışırlar. Həzrət Əli əbəs yerə demirdi ki, uşaqlar valideynlərindən çox ZƏMANƏYƏ, yəni indiki, müasir dillə desək EKRANDAKILARA oxşayırlar. Gözümüzü açandan EKRANDA XALQ ARTİSTLƏRİ Xan Şuşinskini, Şövkət Ələkbərovanı, Seyid Şuşunskini, Rübabə Muradovanı, Elmira Rəhimovanı və başqa ağır, samballı, oturuşuna-duruşuna diqqət edən sənətkarlarımızı, XALQ ARTİSTLƏRİMİZİ görmüşük və gənc nəsil onlara bənzəməyə çalışıb.
Təəssüf ki, sonrakı illərdə ekranlarımıza təsadüfi, üzr istəyirik az qala küçədən keçənlər yol tapmağa başladı. Və ekranlarımız sənətin, mədəniyyətin təbliğ yeri deyil, çox üzr istəyirik, kimlərinsə sinəsinin, arxasının, göz-qaşının reklam yerinə çevrilməyə başladı. Yəni ekranlar sanki cəmiyyəti bilərəkdən soyundurmağa başladı. Görəsən, belə tumançaq sənət adamlarından yeniyetmələr nələr öyrənə biləcəklər..?
Təsəvvür edirsiniz XALQ ARTİSTİ adını daşıyan xanımlar elə geyimdə ekranlara çıxır ki, adam ev-eşikdə televizoru sönrüdmək istəyir. Belələri unudur ki, bu adam XALQ-ın ARTİSTİ adını daşıyır. Özünüzə hörmət qoymursunuzsa, barı XALQA hörmət qoyun də...
Bizim bu yazını yazmaqda məqsədimiz konkret olaraq kiminsə reputasiyasına kölgə salmaq deyil. Sadəcə, XALQ artisti Tünzalə Ağayevanı misal çəkmək istəyirik. Bir daha qeyd etmək istəyirik ki, bu ad Aygün də, Röya da, Fatmanisə də və s. ola bilər.
Obyektivlik naminə qeyd edək ki, Tünzalə Ağayevanın istedadlı olduğunu inkar etmirik. Amma istedaddan əlavə bir davranış qaydası da var. Axı, bir daha deyirik, bura sənin evinin içi deyil e, cəmiyyətin ekranıdır. Kimlərsə, Tünzalə Ağayevanın mahnılarının heyranı ola bilər. Ancaq müğənni unutmamalıdır ki, onun ekranda verdiyi açıq-aşkar pozalar, paylaşdığı şəkillər, ekranda elədiyi şit hərəkətlər gənclər üçün örnəyə çevrilir. Bəlkə Tünzalə Ağayeva kimilər dövlət səviyyəsində onlara verilən yüksək adın – XALQ ARTİSTİNİN məsuliyyətini unudurlar. Hətta bizim bildiyimiz qədər Tünzalə Ağayeva sabiq İdman və Gənclər Naziri, mərhum Azad Rəhimovun dəstəyi ilə nazirlikdə rəsmi vəzifə də daşıyırdı. Yəni dövlət rəsmisi adını daşıyan şəxsin də bu tip hərəkətləri, nə onun özünə, nə də təmsil etdiyi quruma başucalığı gətirmir.
gundelik baki.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.