"...bəzi deputatlar utanmadan fəxrlə, "camaat işləmək istəyir", kimi təqdim edirlər. "- İqtisadçı ekspert
2-06-2023, 10:04
Ölkədə tez-tez təqaüd yaşı məsələsi müzakirə edilir, halbuki bu ikinci dərəcəli məsələdir. Əsas məsələ təqaüdün az olmasıdır, ona görə də bizdə insanlar təqaüd yaşının artmasından narahat deyil, əksinə, bir çoxu pensiyaya daha gec çıxmaq istəyirlər - çünki maaşlar təqaüddən 2-3 dəfə çoxdur. Bütün dünyada hökumətlər təqaüd yaşını artırmaq istəyəndə insanlar küçələrə çıxır, etiraz edirlər, bizdə isə, əksinə, deputatlara müraciət edirlərlər ki, təqaüd yaşını 70-75 yaşadək artırsınlar. Bu ölkə üçün utancverici haldır, vətəndaş təqaüdə çıxmaq istəmir, orta təqaüd bizdə 423 manatdır, 900 mindən çox təqaüdçü 300-350 manat arası pensiya alırlar. Müəllim düşünün, 600-800 manat maaş alır, hələ bir repetitorluqdan qazanır, arada hədiyyə də alır, təqaüdə çıxsa 350 manat alacaq, ona görə də ayağı yer, əli qələm tutana qədər işləmək istəyir ki, heç kimə yük olmasın və bunu bizim bəzi deputatlar utanmadan fəxrlə, "camaat işləmək istəyir", kimi təqdim edirlər. Problemin kökü məhz budur, yaş ikinci dərəcəli məsələdir... Natig Cəfərli