Bakıda Şəhid Anaları NƏDƏN ETİRAZ EDİR? - “3 min dəfn pulunu istəyirik”

3-06-2023, 12:07           
Bakıda Şəhid Anaları NƏDƏN ETİRAZ EDİR? - “3 min dəfn pulunu istəyirik”
İyunun 2-də Birinci Qarabağ müharibəsində həlak olanların yaxınları müharibədə həlak olanlar üçün dəfn pulunun ödənilməsi tələbi ilə Bakıda, Prezident Admnistrasiyasının Qəbul Mərkəzinin qarşısında aksiya keçiriblər.

Nazirlər Kabinetinin 1994-cü ildə qəbul etdiyi qərara əsasən, Birinci Qarabağ müharibəsində həlak olan şəxslərin yaxınlarına 3000 manat məbləğində "dəfn pulu" ayrılıb. Aksiya iştirakçıları deyirlər ki, o vaxt belə bir qərarın olmasından xəbərləri olmayıb və indi nəzərdə tutulan pul vəsaitinin ödənilməsini istəyirlər.

Prezident Admnistrasiyasının Qəbul Mərkəzinin əməkdaşları ilə görüşən bəzi aksiya iştirakçıları deyiblər ki, onlara şikayətlərinə baxılacağı bildirilib.

BBC Qəbul Mərkəzi ilə əlaqə saxlaya bilməyib.

Daha ətraflı aşağıdakı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru