Qohum evliliyi qanunla qadağan edilə bilərmi? - VİDEO
4-07-2016, 00:45
Bir necə gün öncə Tacikistanda birinci dərəcəli qohumlar, yəni əmi oğlu əmiqızı, dayıqızı bibioğlu, xalaqızı xalaoğlunun nikaha girməsi qadağan edilib. Buna səbəb isə bu kimi evliliklərdən dünyaya gələn qüsurlu uşaqlardır. Ölkəmizdə də bu kimi evliliklərin sayı kifayət qədər çoxdur. Bəs bu qadağa bizdə də tətbiq edilə bilərmi?
teref.az xezerxeber.com-a istinadən bildirir ki, bir neçə MDB ölkələrindən sonra Tacikistanda yaxın qohumlar arasında evlilik qadağan edilib. Bu qadağa ölkəmizdə də məslənin aktuallaşdırıb. Araşdırmalar zamanı müəyyən olunub ki, yaxın qohum evliliyində əlil uşaqların dünyaya gəlməsi riski digər nikahlardakından iki dəfə artıqdır. Ölkəmizdə də yaxın qohumla evlilik halları çoxdur. el bun nikahlardan əlil uşaqların dünyaya gəlməsi habelə sonsuzluq halları da az deyil.
Bu cür halların qarşısını almaq üçün bir sıra ölkələrdə yaxın qohumların evlənməsinə qanunla qadağa qoyulub. Bəs belə bir qadağa Azərbaycanda tətbiq oluna bilərmi? Millət vəkilləri hesab edirlər ki, heçdə bütün problemlərin həlli yolu qanunun sərtləşdirilməsi hesabına olmamalıdır. Millət vəkili Musa quliyevin fikrincə belə yaxın qohumlarala evliliyə qadağa qoyulması insan hüquqlatrına ziddir.
Musa Quliyevin sözlərinə görə cəmiyyətdə belə evliliklərdən qüsurlu uşaqlar doğulsada, ancaq insanlar evlilikdən öncə genetik analizlərdən keçib bunun qarşısını ala bilərlər. Qanuna dəyişiklik etməkdənsə maarifləndirici tədbirləri artırmaq lazımdı.
Millət vakili Hadı Rəcəbli də hesab edir ki, qanunla qadağa tətbiqi nikahın könüllülük prinsipini pozur. Bu, dövlətin ailə münasibətlərinə həddindən artıq müdaxiləsi kimi dəyərləndirilə bilər. Qohum evliliyin verə biləcəyi fəsadların qarşısını almağa gəldikdə isə ölkədə nikahdan əvvəl tibbi müayinə proseduru var. Ailə qurmağa hazırlaşan yaxın qohumlarda tibbi müayinəsini daha ətraflı aparmaqla həmin riski azaltmaq mümkündür.
[media=https://www.youtube.com/watch?time_continue=3&v=fantNlU4wXw]