Ağdaşda bələdiyyə sədri məmurlarla əlbir olub kəndiçinin pay torpağını ələ keçirdib -İTTİHAM
13-07-2016, 09:36
Ağdaş rayon Cüvə kəndində yaşayan Babayev Mürvət Hacıbaba oğlu tərəfindən
Şikayət Məktubu
Ağdaş rayon Cüvə kənd bələdiyyəsinin sədri Süleyman Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 17 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarısinin rəisi ilə əlbir olaraq saxtakarlıqla bizim ailəyə məxsus pay torpaq sahəmiz ələ keçirmişdilər ki. bu korrupsiya cinayətidir. Belə ki, Ağdaş rayon Aqrar-İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 09 saylı qərarı ilə mənə və ailə üzvlərim həyat yoldaşım Babayeva Zəhrə Lətif qızına və uşaqlarım Babayev Ulfət Mürvət oğluna və Babayev Nüsrət Mürvət oğluna kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,65 ha torpaq sahəsi verilmişdir.Həmin torpağa mülkiyyət hüququ JN 0018, kod 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.
Cüvə bələdiyyəsinin sədri Süleyman Cəfərov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin rəisi vəzifə səlahiyyətlərindən və mənim savadsızlığımdan sui-istifadə edərək JN 0018, kod 90321038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayon Aqrar-İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 2,65 ha torpaq sahəmi Daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınan zaman başqa yerin kordinatların qeyd etmişdir.Bunu bələdiyyə sədrindən rüşvət alıb edən Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin rəisinin bu əməli korrupsiya cinayətidir ki, bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbirlər görülməlidir.Diqqət yetirin anam İbrahimova Solmaz Mustafa qızına və qardaşlarıma verilmiş JN-0019 kod 90321038 saylı torpağa mülkiyyət hüququna dair aktın planında bizim ailəyə verilmiş pay torpaq sahələri ilə qonşu olduğu qeyd edilmişdir.Ancaq Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin bizim ailəyə məxsus torpağın reyestr çıxarışında həmin ərazidən 2 km aralı məsafədə göstərmişdir.Bunu isə rüşvət alıb etmişdilər.Çünki JN 0018,kod 90321038 saylı torpağın harada yerləşməsini elektron proqram aparatı dərhal dəqiq düzgün göstərir.Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin rəisinin şəxsi maraqları isə bu qanunsuzluğu yaradıb.Bu torpağı mərhum Prezidentimiz, Ümummilli liderimiz Heydər Əliyev biz kəndlilərə verib.Buna dair sənədlər də tam qanunudur.Sadəcə olaraq yuxarıda göstərdiyim kimi Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin rəisi bələdiyyə sədrindən rüşvət alaraq bu açıq-aşkar cinayət əməlini törətmişdir. Mənim qanunu 2,65 ha torpaq sahəm su kanalına yaxın olduğu üçün bələdiyyə sədri torpağımı rüşvət gücünə saxtakarlıqla bələdiyyə mülkiyyətinə aldırıb mənə su olamayan yer göndərmişdir.Mən bu barədə Əmlak Komitəsinə və Ədliyyə Nazirliyinə şikayət etdikdən sonra Cüvə bələdiyəsinin sədri Süleyman Cəfərov məni hədələdi ki, bu sənə baha başa gələcək, sən şikayət etdiyin üçün Göyçay Regionalı Ədliyyə Şöbəsinin rəisi Ruslan Osmanlı məndən 500 manat pul aldı indi hər şey pulun başındadır. Mən bu torpağı pul verib almışam.Mən bu cinayət əməli barədə mətbuat vasitəsi ilə cənab İlham Əliyevə müraciət edirəm.Cənab Prezident Cüvə bələdiyyəsinin sədri Süleyman Cəfərov və Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin rəisinin cinayət əməllərini araşdırıb qanunu tədbir görməyinizi sizdən xahiş edirəm.Bu korrupsioner cütlük camaatın halal torpaqlarına qənim kəsiliblər.