Nazirdən Məleykə Abbaszadəyə cavab: `Təhsil əlçatan olmalıdır`

14-07-2016, 20:09           

“Qəbul imtahanlarının ödənişli olması məsələsi müzakirə edilməlidir”

Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, qəbul imtahanının ödənişli olması üçün zəruri imkanlar olmalıdır:

“Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi yeni yaradılan müstəqil qurumdur. Təbii olaraq onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Mərkəzin göstərdiyi xidmətlər qarşılanmalıdır. Burada təhsilalanların nöqteyi-nəzərindən həmin xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə bu xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi müzakirə olunacaq.

Bu prosesin dövlət büdcəsi, təhsil büdcəsi və ya hansısa başqa mənbələr hesabına təmin edilməsi razlaşdırılacaq. Bununla bağlı Təhsil Nazirliyinə təklif daxil olandan sonra biz öz mövqeyimizi rəsmi qaydada bildirəcəyik. Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanların olmasını anlayırıq. Lakin bunun buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlərin hesabına olub-olmaması sual doğurur. Təhsil hər kəsə əlçatan olmalıdır. Hökümətin müvafiq qərarı müraciət olduğu təqdirdə olacaq. Əminəm ki məsələnin həlli Məlyekə Abbaszadə və digər hökümətdə olan həmkarlarla işlənərək birgə həllini tapılacaq”


AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.