“Çinar-Trans” MMC qanunlara uymaq əvəzinə "Sürücü də, hüquqşünas da deyir ki, nə bilirsən et." ŞİKAYƏT

14-10-2023, 13:22           
“Çinar-Trans” MMC qanunlara uymaq əvəzinə
Özbaşınalıqla üzləşən Bakı şəhər Xətai rayon sakini Əliyev Zamin Qurban oğlu bildirib ki, 160 saylı avtobusun sürücüsü onun avtomobilini vursa da, “Çinar-Trans” MMC şirkəti dəymiş zərəri ödəməkdən boyun qaçırır. Z.Əliyev qeyd edib ki, onun avtomobilini 2023-cü il sentyabr ayının 8-i Komsomol dairəsindən aeroport istiqamətinə doğru gedəndə, piyada keçidinin altında 160 saylı avtobus arxadan vurub. “Mən yolun sağında qəza işıqlarını yandırıb dayanmışdım. Avtomobilim "Toyota Prius" 2015 modelidir. "Paşa Sığorta"ya zəng etdim, gəlmədi, dedi ki, o avtobusların sığortası olmur, özünüz həll edin.Yol polisi əməkdaşları da gəldi, dedi ki, özün həll edərsən. Çünki bu abtobusun sığortası yoxdur. Ümumiyyətlə, şirkət sürücüləri sığorta etmir”, deyə şikayətçi bildirib. Ailədə tək işləyirəm. 2 qrup əlil övladım var. Hər gün onu müalicə mərkəzinə aparıb gətirirəm. İndi məcburam taksi xidmətindən istifadə edim. Şirkət mənə hərtərəfli maddi və mənəvi zərər vurub. Deyirəm ki, avtobusun öz kamerası var, niyə baxmırsınız? Cavab verirlər ki, get, kimə istəyirsən şikayət elə, əlindən gələni 5 qaba çək. Dəfələrlə məsələ ilə bağlı şirkətin Elməddin adlı hüquqşünası ilə danışsam da, problemi həll etmir
Əvvəl avtobusun sürücüsü Səlimov Əlamət deyirdi ki, mən vurmuşam, fikirli idim. İndi deyir nə istəyirsən elə. Hüquqşünasla 3 dəfə telefonla danışmışam. Getdim servislərinə məni içəri buraxmadılar. Sürücünün sığortası olmadığı üçün sığorta məsələyə qarışmır. Ərizəyə qol çəkmişəm. DYP-dən sürücü Səlimov Əlamətin inzibati xətası və avtomobilimə dəyən ziyanla bağlı akt da verilib. Servisdə aparılan qiymətləndirmədə zərərin məbləği 3200 azn-dir. Sürücü də, hüquqşünas da deyir ki, nə bilirsən et. “Çinar-Trans” MMC-yə sığorta ilə bağlı dəflərələ xəbərdarlıq edilib, hətta məhkəməyə verilib. Amma şirkət öz bildiyin edir. Yəqin kiməsə, hansısa qüvvəyə arxayındır. Mən isə Prezidentimə, Dövlətimə arxayınam. Ona görə mən buradan məsələnin həlli ilə bağlı Prezidentə, Birinci vitse-prezidentə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Bakı Nəqliyyat Agentliyinə müraciət edirəm. Xahiş edirəm, “Çinar-Trans” MMC-nin özbaşınalıqlarına son qoyulsun və mənə dəyən maddi zərər ödənilsin.

Bakı şəhər Xətai rayon sakini Əliyev Zamin Qurban oğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.