Qəbul imtahanının qiyməti açıqlandı! Millət narazıdır

15-07-2016, 14:47           

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının ödənişli olması barədə məlumata aydınlıq gətirib.

teref.az anspress-ə istinadən bildirir ki, qurum rəhbəri bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlət qurumu olduğu üçün hər il ona 7 milyon manat vəsait ayrılır. Bunun 5 milyon manatı imtahanlara sərf edilir.

"Biz hesablamışıq ki, xərclər 25 manat edir. Əgər dövlət tərəfindən DİM maliyyələşərsə, qəbul imtahanları pulsuz olacaq. Əks halda - yox".

M. Abbaszadə qəbul imtahanlarının ödənişli olacağı halda belə abituriyentlərin sayına təsir edəcəyinə inanmadığını da deyib.

"Biz hələ demirik ki, 25 manatı mütləq abituriyent ödəsin. Sadəcə deyirk ki, bir abituriyent üçün 25 manat xərcləyirik. Bəlkə, başqa təkliflər də oldu. Bunu deyə bilmərəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.