Məcburi köçkünlər, şəhid və əlil övladları magistraturada ödənişsiz təhsil alacaqlar

19-07-2016, 12:57           

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

teref.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 18 iyul 2016-cı il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Dövlət başçısının digər fərmanı ilə AMEA-nın magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının da təhsil haqqı təhsil haqqı dövlət tərəfindən ödəniləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.