ƏAD , Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliklərinin MÜRACİƏTİ

21-11-2023, 15:59           
ƏAD , Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliklərinin MÜRACİƏTİ
“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin və “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin
MÜRACİƏTİ
Hörmətli dostlar,

Son günlər ABŞ rəsmiləri Azərbaycana qarşı qərəzli açıqlamalar və hədələr işlətməklə bizi haqq yolumuzdan çəkindirməyə çalışırlar. Deputatlarımız fəal şəkildə məsələyə münasibət bildirir, ABŞ siyasətçilərinə qarşı ciddi mövqe sərgiləyirlər.
Həmişə olduğu kimi QHT-lərimizi bir araya gətirməli olan QHT Agentliyi yatır. Hər şey olub bitəndən sonra uzun-uzadı nağıl bəyanatı verməkdə nə fayda olacaq?
Hər şey vaxtında gözəldir. Vətəndaş cəmiyyəti bu prosesin önündə getməli olduğu halda geriyə gedir.
Üstəlik QHT-lərimiz ABŞ-ın ölkəmizdəki təsisatlarının fəaliyyətinə də yenidən baxılmasını tələb etməli, hətta onlarla əməkdaşlıqdan birdəfəlik imtina etməlidirlər.
Mən başa düşürəm ki, ABŞ-ın ölkəmizdəki təsisatları ilə əməkdaşlıqdan çəkinmək asan deyil, çünki çoxunun maliyyəsi oradan gəlir (təbii ki çoxu gizli maliyyə alır). Onların çoxu hətta ABŞ-ı tənqid etməkdə maraqlı deyil, ona görə ümumi bir bəyanatın verilməsinin də əleyhinədirlər.
Təəssüf doğuran hal odur ki, ABŞ təsisatlarından ən çox yararlananlar məhz müxtəlif dövlət rəsmilərinin patronajlığı altında fəaliyyət göstərən şəxslərdir. Onlar üçün Vətəndən öncə öz maraqlarıdır.
Düşünürəm ki, biz hər birimiz ölkəmizdə siyasi sabitliyi pozmaq üçün addımlar atmağa çalışan ABŞ-a sərt mövqeyimizi göstərməliyik.
İnanıram ki, qısa zamanda istər həm QHT Agentliyinin, həm QHT-lərimizin, həm də ABŞ təsisatları ilə əməkdaşlıq edən vətəndaş cəmiyyəti təmsilçilərimizin mövqeyini izləyə biləcəyik.

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı
“Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.