ASAN qlobal ticarət platformalarına(marketpleys) maraq göstərir

29-02-2024, 11:34           
ASAN qlobal ticarət platformalarına(marketpleys) maraq göstərir
Bir neçə gün öncə ASAN rəhbərliyi "Alibaba Qrup"un rəsmiləri ilə görüşüblər. Görüşdə "ABAD" məhsullarının Alibaba ticarət platforması üzərindən satışı da müzakirə edilib.
Düşünmək olar ki, ASAN ABAD ətrafında cəmləşən şirkətlərin Alibaba vasitəsilə beynəlxalq bazara çıxmasını hədəfləyib.
Maraqlıdır ki, Alibaba əsasən daha böyük brendlərin, daha böyük şirkətlərin satış platformasıdır. Bəlkə də ABAD üçün AliExpress daha məntiqli ola bilərdi.
Amma görünür ki, ASAN “Alibaba Group”un yaradıcısı və təsisçisi Cek Ma –nın vasitəsilə Azərbaycanda elektron ticarətin inkişafına da təkan verməyi hədəfləyib.
Rəhbərliklər səviyyəsində təşkil olunan görüş düşünmək üçün əsas verir ki, ASAN Azərbaycan məhsullarının Alibaba ticarət platformasına çıxarılmasında israrlıdır.
Güman ki, hansı məhsulların bu platformaya çıxarılacağını da artıq təhlil ediblər. Ümid edirəm yaxın zamanlarda Alibaba-da Gold Supplier statusu olan Azərbaycan şirkətlərinin sayının artmasını da müşahidə edə biləcəyik.
Maraqlı məqam odur ki, görəsən ABAD çərçivəsində olan kiçik biznes qurumlarından neçəsi Alibaba-da bu status üçün müəyyən olunan ödənişi reallaşdıra biləcək ?
ASAN-nın beynəlxalq B2B marketpleys bazarına maraq göstərməsi diqqət çəkən məqamdır.

Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru