Qazla zəngin ölkədə qazsız qalan sakinlər
29-02-2024, 13:04

Paytaxtın Yasamal rayonu, Haqverdiyev küçəsindəki çoxmərtəbəli binaların sakinləri artıq bir neçə ildir ki, qaz və istilik problemlərindən şikayətlənirlər.
Aidiyyatı qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. 90-cı illərdə tikilən və dövlət balansında olan bu binalarda istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmayıb.
Sakinlərinin sözlərinə görə, qışda soyuq mənzillərdə yaşamaq çox çətindir. Sakinlər evlərini elektriklə qızdırmalı olurlar, bu da çox baha başa gəlir və maddi cəhətdən çox sakinlərin ciblərinə uyğun deyil. Sakinlərin sözlərinə görə, qış aylarında işıq pulu 200-300 manata çatır, bununla belə mənzilləri normal qızdırmaq olmur.
Sakinlərin binaların qazlaşdırılması ilə bağlı müraciət etmədiyi dövlət qurumu qalmayıb, lakin illərdir şikayətlərinə məhəl qoyulmur. Dövlət qurumları paytaxtdakı binaların qazlaşdırılması üçün pul ayırmaqdan imtina edir.
Heç bir dövlət qurumu vətəndaşların problemi ilə məşğul olmur, insanların soyuq mənzillərdə yaşaması, uşaq böyütməsi heç kəsə maraqlı deyil.
Əgər qazla zəngin bir ölkədə vətəndaşlar qazla belə təmin olunmursa, hakiyyətdən daha nə gözləməliyik. Bu vəziyyətin adı biabırçılıq də qoysaq azdır
Palitra səhifəsi
TEREF