“Azerbaijan Coca-Cola Bottlers”-ə cərimə protokolu yazıldı

1-03-2024, 12:40           
“Azerbaijan Coca-Cola Bottlers”-ə cərimə protokolu yazıldı
“Azerbaijan Coca-Cola Bottlers” MMC-yə texniki vəziyyəti yoxlanılmayan və tibbi müayinədən keçməyən sürücülərlə fəaliyyət göstərdiyi üçün cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tələbini pozub. Belə ki, “Azerbaijan Coca-Cola Bottlers”avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasını və sürücülərin tibbi müayinəsini təşkil etməyib.
Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
MMC-nin işinə 7 mart tarixində Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru