Taksilərdə minimum gediş haqqı 4 manat OLACAQ? - AÇIQLAMA

23-05-2024, 09:02           
Taksilərdə minimum gediş haqqı 4 manat OLACAQ? - AÇIQLAMA
Bildiyimiz kimi, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir. Belə olan halda taksilərin qiymətinin qalxaraq minimum 4 manatdan başlayacağı ilə bağlı fikirlər səsləndirilir. Belə olan halda taksi qiymətləri minimum 4 manatdan başlaya bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksilərdə qiymət artımı ilə bağlı qərarı şirkətlər verir. Ona görə şirkətlərin nə qərar verəcəyini indidən proqnozlaşdırmaq çətindir:

" Amma qoyulan tələblərə baxsaq görürük ki, yeni avtomobillər alınırsa, daha müasir taksilər xidmətə buraxılacaqsa sözsüz ki, sərnişinlər aşağı qiymətə sərnişin daşımayacaqlar. 2 manat 50 qəpik minimum- yəni başlanğıc qiymətdir. Məsafədən asılı olaraq isə fərqli qiymətlər tətbiq olunur. 2 manat 50 qəpiyi birbaşa 4 manata qaldırmaq şirkətlərin özünə də sərf etməyəcək. Ona görə elə qiymət müəyyənləşdiriləcək ki, iş dayanmasın və taksiyə müraciət edənlərin sayı kəskin azalmasın".

Ekspertin sözlərinə görə, bu qədər artım baş versə, o zaman qısa məsafəli gedişlərin sayı azalacaq:

"Yəqin ki bu uzaq məsafələrə və səfərlərə də təsir edəcək. Belə olan halda say azala bilər. Ona görə də inanmıram ki, bu cür fantastik artım etsinlər. Hər bir halda buna bir ortaq həll yolu tapılmalıdır. Bunu da şirkətlər özü müəyyənləşdirir. Taksilərin qiymət məsələsinə dövlət tərəfindən müdaxilə yoxdur. Sadəcə olaraq şirkətlərə tövsiyə xarakterli müraciətlər olunur. Onlarda buna uyğun öz işlərini dəyərləndirərək qiymət müəyyənləşdiriləcək. Bu məsələni hal-hazırda AYNA VƏ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müzakirə edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.