Gürcüstana getmək istəyənlərin DİQQƏTİNƏ

1-06-2024, 15:58           
Gürcüstana getmək istəyənlərin DİQQƏTİNƏ
Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyası ölkəyə gələn turistlər üçün icbari tibbi sığortanın tətbiqini 2026-cı il yanvarın 1-dək təxirə salmaq qərarına gəlib.

Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Turizm administrasiyası təxirə salınmanın səbəbini açıqlamayıb.

Eyni zamanda, yerli medianın yazdığına görə, hakimiyyət sığorta şirkətləri ilə sığorta qiyməti və digər texniki detallar barədə razılığa gəlməyə vaxt tapmayıb.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Gürcüstana ən çox Türkiyədən səfər edilib - 254 577 dəfə. Bu, ölkəyə xarici səfərlərin ümumi sayının 19,5 faizini təşkil edir və ötən ilin göstəricilərini 17,6 faiz üstələyir. Səfərlərin sayına görə Türkiyədən sonra Rusiya, Ermənistan, Azərbaycan və İsrail gəlir. Ziyarətlərin 81,4%-i turizm xarakterlidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru