Bakıda quzu ətinin qiyməti artdı - “25 manat olacaq”

3-06-2024, 00:04           
Bakıda quzu ətinin qiyməti artdı -
Bakıda quzu ətinin qiymətinin artmasıyla bağlı xəbərlər təsdiqini tapdı. Hazırda paytaxtın mərkəzindəki mağazalarda quzu ətinin bir kiloqramı 20, ətraf qəsəbələrdə isə 19 manata satılır.

Qəssablar quzu ətinin bahalaşmaqda davam edəcəyini bildiriblər: “Son bir həftədə aldığımız hər xırda baş heyvan üçün 20-25 manat əlavə vəsait ödəyirik”.

Qəssab Adil Quliyev Qurban bayramında quzu ətinin bir kiloqramının ən azı 21 manat olacağını bildirib. Onun sözlərinə görə, bahalaşma bayramdan sonra da davam edəcək: “Payızda quzu ətinin bir kiloqramı 25 manat olacaq”.

Qəssab qiymət artımını fermerlərlə əlaqələndirib. Bildirib ki, əvvəlki dövrlə müqayisədə indi diri heyvanı baha qiymətə alırlar. O, quzu ətinin bahalaşmasını rayonlarda xırda baş heyvan saxlayanların sayının azalması ilə izah edib./Yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru