“İrşad” elektroniksin kampaniyasından yararlanan müştəri peşman oldu – Şikayət

4-06-2024, 07:34           
“İrşad” elektroniksin kampaniyasından yararlanan müştəri peşman oldu – Şikayət
Rəhman Qəhrəmanlı adlı şəxs “İrşad” elektroniksin 28 May günü üçün başlatdığı kampaniyanın qurbanı olub.
Tribunainfo.az xəbər verir ki, şikayətçi kampaniyadan yararlanaraq doğum günü olan valideyni üçün hədiyyə hazırlamaq istəəsə də, pis vəziyyətdə qalıb.
“Bu “İrşad” çox gözəl kampaniya edirmiş. 28 May gününə görə qeydiyyatdan keçən hər kəsə 50 manat bonus verirmiş. Mən də keçdim qeydiyyatdan, girdim, amma bonus vermədi, yazdım dəstəyə, dedilər, filiala yaxınlaş, sistemə salsınlar adınızı, müştəri kodu təyin olunandan sonra bonus veriləcək. 21-ci əsrdə camaat üz tanımayla kredit alır, bunlar proqramda fin kodu yazsaq belə adımızı qeydiyyata sala bilmirlər.
Nə isə, yolüstü filialların birinə yaxınlaşdım heç 1 dəqiqə çəkmədi saldılar sistemə, bonus gəldi. Deməli, 3 gün (iş günü yox, 3 gün) ərzində çatdırılma edirlər deyə mən də 29-u girdim app dan sifariş verdim 100 manatlıq Şadkart. 50 manat kartdan ödədim, 50 manat bonusdan.
Əməkdaş zəng etdi, dedi bəs dəqiq götürəcəksizmi? Dedim, ödəmişəm pulunu, niyə götürməyim. Əməkdaş əvvəl görə bilmirdi ödəniş ödədiyimi, sonra nə oldusa gördü. Ondan sonra nə məlumat verildi mənə, nə zəng gəldi. Bu gün gəlmişəm filiala malı götürməyə (Bu gün ad günü olan valideyinim üçün almışdım, belə vəziyyətdə qoydular).
Sən demə, bonusun xərclənməsi “şərtlər və qaydalar”da yazılmayan qanunlar var imiş. Şadkartı bonusla almaq olmurmuş. İndi nə bonusum qayıdıb, nə pulum. Pul da qayıtsa 5-10 iş gününə qayıdar, ya qayıtmaz, ona kimi də nə ad günü?
Sözümün canı, “İrşad” elektroniks məsələyə aydınlıq gətirin. 15 günə qayıdacaq pulumu, bonusumu istəmirəm, şadkartı filiala çatdırılmasını istəyirəm”-deyə, Rəhman Qəhrəmanlı yazıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.