Paytaxtda çirkli heykəllər qurumları üz-üzə qoydu

4-06-2024, 15:58           
Paytaxtda çirkli heykəllər qurumları üz-üzə qoydu
Uzun illərdir paytaxt Bakıda tarixi şəxsiyyətlərin heykəllərinin çirkli və baxımsız vəziyyəti gündəmdən heç düşmür. Hər dəfə də aidiyyəti qurumlar məsələni öz üzərindən atırlar.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtdakı heykəllərə Mədəniyyət Nazirliyinə aid qurumlar xidmət göstərir:

"Heykəllər incəsənət əsəri olduğundan onların yuyulması bu sahədə xüsusi bacarığı olan peşəkarlar tərəfindən həyata keçirilməlidir".

Mədəniyyət Nazirliyindən isə bildirilib ki, qurum yalnız heykəllərin sifariş olunması, bununla bağlı müsabiqələrin elan olunması, heykəllərin bədii baxımdan dəyərləndirilməsi kimi prosesleri həyata keçirir.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru