Mehdiyevlərin bankı zərərdə: 1 bölməsi bağlanıb - BELƏ DAVAM EDƏRSƏ...

4-06-2024, 11:48           
Mehdiyevlərin bankı zərərdə: 1 bölməsi bağlanıb -
“Bank BTB” ASC-nin zərəri artıb.

TEREF “Ölkə.Az”a istinadən xəbər verir ki, 2023-cü ilin yekununda bankın zərəri 6 mln 113 min manat olub.
2022-ci ilin yekununda isə zərəri 4 mln 762 min manat təşkil edirdi.

Nəticədə, bankın cəmi kapitalı 13,4% azalaraq 39 mln 436 min manata enib.

Ümumilikdə, bankın cəmi aktivləri 2,1% azalaraq 361 mln 724 min manat, cəmi öhdəlikləri 0,5% azalaraq 322 min 288 manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın bölmələrindən biri bağlanıb və hazırda bankın 7 filialı, 1 bölməsi var.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru