Abituriyent "savaşı": Bu ixtisaslarda olacaq - GÖZLƏNTİ

5-06-2024, 08:46           
Abituriyent "savaşı":
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə ikinci mərhələ üzrə qəbul imtahanları keçirir.

Belə ki, iyunun 2-də DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahan 20 şəhər və rayonda təşkil olunub. İmtahanda 35 966 abituriyentin iştirakı nəzərdə tutulub.

Maraqlıdır, bu il ən böyük müsabiqə vəziyyəti hansı qrupda olacaq?

Təhsil eksperti Elşən Qafarov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu il yenə müasir dövrün tələblərilə ayaqlaşan ixtisaslara üstünlük veriləcək:

"Əvvəlki illərdə olduğu kimi, tibb ixtisası, hüquq, informasiya mühəndisliyi, rabitə, informasiya və kommunikasiya texnologiyalarına bağlı olan ixtisaslar üzrə sıxlıq olacaq. Eyni zamanda Qarabağ Universitetini seçənlərin sayı daha yüksək olacaq. Çünki Qarabağ Universitetində oxumağın özü böyük şərəfdir, qürurdur. Şəxsən bu gün abituriyent olsam, ilk yazacağım universitet Qarabağ Universiteti olardı. Ən az seçilən ixtisaslar isə aqrar sahə üzrə olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru