Təqaüdə çıxan işçisi Kəmaləddin Heydərova müraciət etdi

5-06-2024, 12:02           
Təqaüdə çıxan işçisi Kəmaləddin Heydərova müraciət etdi
Mirzəyev Pərviz Gülağa oğlu 2005-ci ildən Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon bölməsində işləyib. O, 2023-cü ilin dekabrında təqaüdə çıxıb. Anaxeber.info bildirir ki, P. Mirzəyev təqaüdə çıxandan sonra ona hesablama pulu verilməyib. Onun sözlərinə görə, iki dəfə 112 Xidmətinə zəng edib, orada deyilib ki, müraciətinizə baxılacaq, amma indiyə qədər cavab gəlməyib. Vətəndaş bildirir ki, "raşot" pulunu niyə vermədikləri izah olunmur. O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edərək bu probleminin həll olunmasını xahiş edir. Təqaüddə olan P. Mirzəyev FHN rəhbərindən bu məsələyə diqqət göstərilməsini istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru