Kartından pul qapdıranların hamısı məlumatsız adamlardır?

13-06-2024, 19:10           
Kartından pul qapdıranların hamısı məlumatsız adamlardır?
Az qala hər gün rastlaşdığımız rəsmi informasiyalar var. "Vətəndaşların kartlarından oğurluq edənlər həbs edildi", "Online kredit təklif edib fırıldaqşılıq edərək vətəndaşları aldadıb pulları oğurlandı" və sair.
Burda hamı bir səbəb görür - məlumatsızlıq. Düzdür bu ffakt var. Bəzi vətəndaşların yaşlı olmalarından, məlumatsız olmalarından istifadə edən fırıldaqçılar onların bank kartlarından pul oğurlayırlar.
Lakin burda başqa və mühim bir məqam da var. Bu barədə çox az adam danışır.
Nədir bu vacib məqam?
Azərbaycanda az qala hər 5 vətəndaşın 3-nün Lombarda, banka və sair borcu var. Üzərinə cərimələri də gəlin. Aldığı əmək haqqının kommunal xərclərə, qidaya zorla çatdığı bir vaxtda hamı hansısa gəlir yeri axtarır. Və batdıqca da batır.
Məsələn lombard kreditini ödəyə bilmir. Son ümid yeri olan qızılları da əldən çıxmaq üzrə olanda qarşısına "kreditlərinizi biz bağlayaq" reklamı çıxır.
Hətta küçələrdə də bu reklamlara rast gələ bilərsiniz. Məsələn biri var - "Gənclik" metrosu yaxınlığında sizin bir neçə kredit borcunuzu bağlayır və siz yalnız bir ünvana borclu qalırsınız.
Və ya online qaydada borc bataqlığına düşən vətəndaş kredit götürmək istəyir. İlk addımda ona az da olsa maddi yardım ediliir. Güvən yaradılır. Daha sonra isə bütün əlində-ovucunda olan varını--yoxunu qoparırlar.
Vətəndaşların online və ya real maliyyə fırıldaqçılarının qurbanına çevrilməsinin səbəbi - cərimələr, əmək haqqının azlığı, manatın dəyərsizləşməsi, təhsil, səhiyyə xərcləri, kommunal və qida xərclərinin çox olmasıdır.
Ölkədə işləyənlə işləməyən arasında artıq heç bir fərq qalmayıb. Ona görə də indi heç kim 500 manatlıq işdə işləmək istəmir. Çünki 500 manata 1 ay işləmək elə ölmədən işə gedib-gəlməyə zorla bəs edir. Vətəndaş da düşünür ki, elə evdə oturaram.
Baxın vətəndaşların aldadılmasının əsas səbəbi ağırlaşan həyatıdır.
Razi Abasbəyli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.