Paytaxtda bəzi yol kəsişmələrində işıqforlara ehtiyac var
25-07-2024, 17:08
Bakıda minik avtomobillərinin məcburi şəkildə avtobus zolaqlarına girməsi sıxlığa səbəb olur. Avtobuslar isə onlar üçün ayrılan xüsusi zolaqla rahat hərəkət edə bilmir. Yəni eyni anda bir neçə avtobus hərəkətsiz qalır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Qara Qarayev prospekti ilə Babək prospektinin yan yolu ilə kəsişən hissəsindən gedir.
Həmin kəsişmədə sürücülərin bir-birlərinə yol verməsi üçün işıqfor yoxdur. Nəticədə xaos daha da artır. Avtobus sürücüləri istər pik saatlarda, istərsə də adi vaxtlarda burada eyni mənzərə ilə üzləşdiklərini, gecikdiklərini deyirlər.
Oxşar problem metronun "Gənclik" stansiyasının yaxınlığında, Atatürk prospekti ilə Əlövsət Əbdülrəhimov küçəsinin kəsişməsində də yaşanır. Burada da avtobus zolağı var. Ancaq kəsişmədə işıqfor olmadığı üçün zolağın operativliyə vasitə olmaq xüsusiyyəti itir.
Hər iki əraziyə işıqforun qoyulub-qoyulmayacağına gəldikdə isə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, qeyd edilən ərazilərə mərkəzin əməkdaşları tərəfindən baxış keçiriləcək və təhlillər aparılacaq.
Ətraflı süjetdə: