Kamran Əsədov namizədliyini pul qarşılığında geri götürüb? - Zənglərə cavab vermir

7-08-2024, 16:01           
Kamran Əsədov namizədliyini pul qarşılığında geri götürüb? - Zənglərə cavab vermir
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun deputatlığa namizədliyini geri götürməsi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Kamran Əsədov namizədliyini 70 saylı Neftçala seçki dairəsindən irəli sürmüşdü.

Onun seçki yarışından imtinası ilə bağlı sosial şəbəkə hesabında yazdığı status bir çox istifadəçilər tərəfindən tənqid edilib. Onun bu qərarını siyasi alver adlandıranlar Kamran Əsədovun namizədliyini pul qarşılığında geri götürdüyünü iddia ediblər.

KONKRET.az səsləndirilən ittihamlarla bağlı Kamran Əsədovla əlaqə saxlamağa və fikirlərini öyrənməyə çalışsa da, keçmiş namizəd çoxsaylı zəng və mesajlarımıza cavab verməyib.

Məlumat üçün bilduirək ki, 70 saylı Neftçala seçki dairəsindən YAP-ın namizədi Fərhad Baxışovdur. Həmin dairənin digər iddialı namizədi isə Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.