Çay daşında hansı yeməyi hazırlamaq olar?VİDEO
5-09-2024, 12:24
"Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Qəbələ rayonunun Laza kəndinə səyahət edilib.
Rəvayətə görə, əhalinin əcdadları bura Qusar rayonunun Laza kəndindən köçüblər. Vaxtilə Qusarın Laza kəndindən Aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşıblar. Laza kəndi rayon mərkəzindən 8 kilometr aralıda yerləşir. Buraya piyada getmək üçün məsafə uzun olduğuna görə aparıcı Kəmalə Bədəlova atdan istifadə edib.
Aparıcı kəndin ən çox tanınan çay evində olub, məkanın sahibi olan nənə ilə söhbət edib.
Nənənin sözlərinə görə, kənddə ilk çayxananı o tikib:
"Buranı 65 yaşımda olanda əziyyətimlə tikmişəm. İstifadəyə veriləndən sonra çayxanaya tez-tez məşhur simalar qonaq gəliblər".
Elə həmin gün çayxanaya gələn qonaqlardan biri də tanınmış fitnes məşqçisi Kamil Zeynallı olub. Söhbət zamanı o, buranı çox sevdiyini söyləyib:
"Qəbələdə yaşamaq istəyirəm, atmosferini, təbiətini çox sevirəm. Neçə ildir arzum idi ki, burada evim olsun".
Arıçı, bloqer və bələdçi Xanəhmədlə birlikdə aparıcı Laza (Zəyli) şəlaləsində olub. Sözügedən şəlalə Qəbələnin Laza kəndində, Şahdağ Milli Parkının 5 kilometr dərinliyində yerləşir. Şəlalənin hündürlüyü 25 metrdir. Kəmalə Bədəlova və bələdçi burada çay daşında daşüstü kababı hazırlayıblar.
Ətraflı Baku TV-nin süjetində: