"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi? - AÇIQLAMA

5-09-2024, 18:50           
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi? - AÇIQLAMA
Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyudur. 1976-cı ildən etibarən istehsalına başlanılan “İstisu” mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanmışdı. Bu gün isə "İstisu" mineral suyu marketlərimizin bəzəyinə çevrilib. Qürur hissi ilə 30 il sonra bu mənzərəyə şahidlik etmək sevindiricidir. Di gəl ki, sosial şəbəklərdə bu mineral suların bazar rəqabətinə nisbətən bir qədər baha olması ilə bağlı fikirlər səsləndirilir. Mineralın suyun qiyməti 1 manat 30 qəpikdir. Bəs görəsən bu minerl sular daxili bazar mühitində əvvəlki yerini qoruyub saxlaya biləcəkmi?

Mövzu ilə bağlı iqtisadçı- ekspert Natiq Cəfərli Moderator.az-a danışdı. Bildirdi ki, 30 il sonra "istisu" mineral sularının paytaxtda belə əl çatan olması möhtəşəm hissdir, hər kəs piştaxtalarda bu məhsulu və ismini görərkən nostalji hisslər yaşamağı qaçılmazdır.

"Mineral su bazarı həddin artıq dolu bazardır. Bazarda Azərbaycanın mineral suları kifayət qədər çoxdur. Ona görə də "istisu"mineral suyunun qiyməti baha olsa alıcı tapa bilməyəcək. Qiymətlərin müəyyən qədər azaldılmasının gələcəkdə şahidi ola bilərik. Hələlik ola bilər ki, bu su bazarda baha olsun.

Hər birimizin daxilində bir qürur hissi var. Kəlbəcərin "İstisu"-nun bazara çıxarılması mənəvi olaraq ruhumuzun qidasıdır. O ki, qaldı iqtisadi tərəfdən yanaşmaya ola bilər ki, bu mineral su mənəvi dəyərinə görə baha olsun. Amma qiymət uzun müddət baha olarsa rəqabətə davam gətirməyəcək. Bir müddətdən sonra qiyməti aşağı salınması gözləniləndir. Əgər "istisu" mineral suları xaricə göndərmək üçündürsə xarici bazarlarda mineral su rəqabəti bazar rəqabətindən həddindən artıq yüksək olması məsələsi var. Mineral su marketinqi ilə məşğul olanlar çoxdur. Ona görə də mineral su bazarını formalaşdımaq üçün onun reklamını təşkil etmək vacibdir. Bunu bacarsalar təbii ki, Kəlbəcər suyunun daha baha qiymətə satılması mümkündür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.