Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi - VİDEO

7-09-2024, 12:58           
Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi - VİDEO
Paytaxtın Yasamal rayonunun Salatın Əsgərova küçəsi 160 ünvanında anbarı su basıb.

Bizim.Media xəbər verir ki, bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, vətəndaşa külli miqdarda maddi ziyan dəyib:

"Hadisədən bir gün əvvəl "Azərsu" əməkdaşları ərazidə iş aparıblar. Bundan sonra subasma halı baş verib".

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, problemlə bağlı "Bakı Sukanal" İdarəsinə məlumat verildi. Hazırda əməkdaşlar əraziyə cəlb olunurlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru