Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib. Sputnik Azərbaycan Sputnik Azərbaycan-a daxil olan müraciətdə bildirilir ki, yeni tədris ilinin başlamasına az qalıb. Bu məqsədlə, yerli təhsili idarəetmə orqanlarına dərsliklərin təhsil müəssisələrinə paylanması ilə bağlı müvafiq tapşırıqlar verilib. "Tədris ili başlamadan valideynlərdən övladlarının təhsil aldığı müəssisələrə yaxınlaşaraq dərslikləri məsul şəxslərdən təhvil almaları xahiş olunur. Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir. Valideynlər dərsliklərin təhvil alınması üçün müvafiq təhsil müəssisələri ilə əlaqə saxlayaraq proseslə bağlı əlavə məlumat əldə edə bilərlər" - müraciətdə deyilir.