Azərbaycandan xaricə uçuşların sayı 20% artıb

8-09-2024, 10:44           
Azərbaycandan xaricə uçuşların sayı 20% artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 38 ölkəyə 17 769 aviareys təşkil olunub.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (18,7 %) və 2 546 aviareys (20,4 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 134 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur.

8 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 004 reys olub ki, bu da illik müqayisədə 5,5 % çoxdur.

İlk üçlüyə 2 034 reyslə (+31 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 353 (+ 33,1 %), Səudiyyə Ərəbistanı 617 (- 4,6 %) , Qazaxıstan 557 ( – 5,8 %), Hindistan 435 ( + 5,6 dəfə) , Qətər 399 (+ 64,1 %), Küveyt 297 (+ 24,7 %) və Özbəkistan 287 ( – 33,5 %) daxil olub.

Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (279 aviareys, + 18,2 %) isə 11-ci yerə düşüb.

Təkcə avqust ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 19 % artaraq 2 841 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 792 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 21,1 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru