İsmayıllıda su çatışmazlığı: Sakinlər narazıdırlar

8-09-2024, 15:05           
İsmayıllıda su çatışmazlığı: Sakinlər narazıdırlar
İsmayıllı rayonunun Uştal və Soltankənd kəndlərini içməli su ilə təmin edən su anbarında sızmalar yaranıb. Bu səbəbdən hər iki kəndə içməli suyun verilməsində problem yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, su kəndlərə fasilələrlə verilir ki, bu da sakinləri narazı salır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Uştal kəndində həcmi 600 m3 olan su anbarı inşa edilib. Tikinti başa çatdıqdan sonra anbarın yuyulması və test prosesləri başlayıb. Avqustun 13-də test prosesi zamanı abonentlərə çıxış xəttinin üzərində olan siyirtmədə problem yaranıb və su sızıntısı olub. Qəza həmin gün aradan qaldırılıb, siyirtmə dəyişdirilib və anbarın funksionallığı bərpa edilib. Hazırda anbar su ilə doludur, işlək vəziyyətdədir və təchizata tam hazırdır. Sakinlərə suyun verilməsində fasilə yoxdur.

Ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru