Neft Fondunun "Azəri-Çıraq-Günəşli" yatağından gəliri azalıb

9-09-2024, 10:34           
Neft Fondunun "Azəri-Çıraq-Günəşli" yatağından gəliri azalıb
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 271,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin 8 ayının göstəricisi ilə müqayisədə 9,6% azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ARDNF AÇG-nin işlənməsindən 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb.
2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də "BP" şirkəti (30,37%), Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR (25%) pay sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru