TƏBİB: Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb

19-09-2024, 07:14           
TƏBİB: Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb
Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib

Məlumatda qeyd edilir ki, sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub.

Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

“Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir”, məlumatda deyilir.

Rəsmi məlumatda xatırlanır ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

“Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur. Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir”, məlumatda qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.