Rusiyaya iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verəcəklər
19-09-2024, 13:04
İndiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı test formasında imtahan veriblər. Rusiyaya iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqlar. Rusiyanın Təhsil və Elm Nazirliyi əmək miqrantları üçün rus dili imtahanına şifahi hissə əlavə edilməsi təklifini dəstəkləyib. Rusiyada təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət "Rosobrnadzor" iş icazəsi və ya patent almaq üçün müraciət edən əcnəbilər üçün rus dili imtahanının şifahi hissəsinin tətbiqi təşəbbüsünü dəstəklədiyini açıqlayıb. Qeyd edək ki, indiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı-test formasında imtahan veriblər.