Rusiyanın tikinti şirkətləri Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir

19-09-2024, 08:40           
Rusiyanın tikinti şirkətləri Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir
Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir.

Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, proqramçılar və memarlıq büroları var.

Qeyd olunur ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək.

Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerində görüşlər təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru