Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH
21-09-2024, 00:11
Azərbaycan Maliyyə Nazirliyinin hesabatına görə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
Büdcə xərcləri istiqamətində əsas prioritet məsələ nə olmalıdır? Hansı sahələrin daha çox dövlət tərəfindən göstərilən dəstəyə ehtiyacı var?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, büdcə xərcləri zamanı ilk növbədə sosial yönümlü layihələrə üstünlük verilməlidir:
“Sosial yönümlü layihələr dedikdə maaş, pensiya bazasının artırılması istiqamətində görülən işlər nəzərdə tutulur. Təhsilin inkişafı üçün bu sistemə ayrılan xərclərə diqqət edilməlidir. Əsasən sosial yönümlü, təhsil, səhiyyə problemlərinə diqqət yetirməlidir. Elmə, elmin xüsusi inkişafına diqqət yetirməli, bu sahədə inkişaf üçün imkanlar artırılmalıdır.
Aydın məsələdir ki, ölkədə hazırda diqqət müdafiə sənayesinin inkişafına və işğaldan azad edilmiş ərazilərimizin bərpası və quruculuğuna ayrılıb. Bu sahələr üzrə də işlər ilbəil artan planlara uyğun getməlidir”.