Gömrük Komitəsi və Ceyhun Məmmədovun rəhbərlik etdiyi yanacaqdoldurma şəbəkəsi arasında çəkişmə

21-09-2024, 00:04           
Gömrük Komitəsi və Ceyhun Məmmədovun rəhbərlik etdiyi yanacaqdoldurma şəbəkəsi arasında çəkişmə
övlət Gömrük Komitəsi və "Azpetrol LTD" MMC arasında məhkəmə çəkişməsi davam edir.
Pravda.az-ın xəbərinə görə, Komitənin MMC barəsində tərtib etdiyi protokola növbəti dəfə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə sentyabrın 24-də baxılacaq.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: "Azpetrol LTD" 04.10.2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 779 106.70 manatdır. Qanuni təmsilçisi Ceyhun Məmmədov Əhməd oğludur.

Xəyal Quliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru