"yaxşı yollar, infrastruktur, tarif müqavilələri önəmlidir, amma yetərli deyil" - Ekspert danışır

Bu gün, 09:54           
"yaxşı yollar,  infrastruktur, tarif müqavilələri önəmlidir, amma yetərli deyil" - Ekspert danışır
Rəsmi məlumat: Azərbaycan,Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya iştirakı ilə Bakıda "Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair, ADY-nin təşəbbüsü və dəvəti ilə dəmiryol administrasiyaları rəhbərlərinin toplantısı keçirilib.
Yaxşı xəbərdir, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün əla şərait var, bu fürsəti qaçırmaq olmaz. Bu toplantıda Çin və Avstriyanın iştirakı çox önəmlidir - Çin dünyanın istehsal və ixrac mərkəzi, Avstriya isə Avropanın dəmir yolları "hub"-dur.
ADY-nin son illər Azərbaycanı yeni nəqliyyat dəhlizinə, mərkəzinə çevirmək cəhdlərini görürük, çoxsaylı görüşlər keçirirlər, ölkəmiz üçün sərfəli müqavilələr bağlayırlar.
Orta Asiya Respublikarı və Gürcüstanla birgə tarif sitasəti də ADY-nin təklifi ilə baş tutur.
Amma, bu məsələ ilə bağlı həmişə qeyd etdiyim bir məsələ var - yaxşı yollar, infrastruktur, tarif müqavilələri önəmlidir, amma yetərli deyil - gərək hökumətin digər qurumları da məsələnin önəmini anlasınlar, məsələn, Gömrük və Vergi xidməti iş adamlarının qorxulu yuxusu yox, dostu, köməkçisi olsunlar.
Yəni, gözəl yol çəkə, yaxşı logistika qura bilərsən, bu önəmlidir, amma digər dövlət-hökumət qurumlarının işə və iş adamlarına yanaşmaları dəyişməsə, yoldan keçən, gedib-gələn olmaz, o yol-iz qazanc gətirməz...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.