Qalmaqallı iddia ilə gündəmə gələn uşaq evində jurnalistlərə hücum edildi - VİDEO

21-09-2024, 11:18           
Qalmaqallı iddia ilə gündəmə gələn uşaq evində jurnalistlərə hücum edildi - VİDEO
Paytaxtın Xətai rayonunun Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində azyaşlının döyülməsi iddiası gündəmi zəbt edib.
Baku TV məsələ ilə bağlı adıçəkilən ünvanda olub. Lakin çəkiliş qrupuna müəssisəyə daxil olmağa icazə verilməyib. Buna səbəb olaraq isə ərazidə rəhbərlikdən heç kimin olmadığı bildirilib.
Bir müddət sonra isə Baku TV-nin əməkdaşları sözügedən uşaq evinin sakini olan Məhəmməd Abıyevin hücumuna məruz qalıblar.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Qurumdan bildirilib ki, bütün hüquqi addımlar atılacaq.
Qeyd edək ki, son illər haqqında ancaq neqativ xəbərlər yayılan 3 saylı uşaq evi Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, 3 saylı uşaq evinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.
Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru