Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu

23-09-2024, 15:34           
Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu
Yevlax sakini ev kirayələmək istəyərkən aldadılıb.

Xezerxeber.az-ın məlumatına görə, Yevlax rayon sakini Məleykə Süleymanova iddia edib ki, elan saytlarının birində kirayə ev üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. O, evin başqa şəxsə satılmaması üçün əvvəlcədən elan sahibinə ödəniş də edib. Lakin Məleykə Süleymanova ödənişi etdikdən sonra elan sahibi tərəfindən aldadıldığını deyib.

Zərərçəkən Məleykə Süleymanovanın sözlərinə görə, elan üçün qadınla əlaqə saxlasa da, daha sonra nömrənin həmin şəxsə aid olmadığı məlum olub

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, bəzi işbazlar saytlarda daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdiriblər. Lakin bu saytlarda yerləşdirilən elanların bəziləri həqiqəti əks etdirmir.

Nazirlik vətəndaşlara bu tip elanlarla qarşılaşdıqda diqqətli olmağı, qeyd olunan problemlərlə üzləşməmək üçün evə yerində baxmağı və ev sahibi ilə danışdıqdan sonra ödəniş etməyi tövsiyə edib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru