Urmu gölü qurudu: - 5 milyon insanın həyatı təhlükə qarşısında

24-09-2024, 07:35           
Urmu gölü qurudu: - 5 milyon insanın həyatı təhlükə qarşısında
Güney Azərbaycanın ən böyük gölü olan Urmiyə gölü quruyub. JAMAZ.İNFO saytı xəbər verir ki, bu barədə islahatçılara məxsus “Etemad” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, bir müddət əvvəl İran hökuməti tərəfindən hazırlanmış plana əsasən gölə axıaılan bir neçə milyard kub metr su da buxarlanaraq, çəkilib.

İran nəşri yazır ki, həmin tədbirlərin baş tutmamasına rəğmən, Tehran hökuməti hər hansı açıqlama vermir.

Lakin “Etemad” gölün quruması ilə daha bir problemin baş qaldıracağını da yazıb. Nəşr bildirib ki, Urmiyə gölünün quruması nəticəsində həmin bölgədə yaşayan 5 milyon insanın həyatı və sağlamlığı təhlükə altına düşəcək. “Gölün quruması ilə geniş duz tozları bütün bölgəyə yayılacaq. Bu torpaqların şoranlaşması deməkdir. Bundan başqa, həmin duzla yanaşı ətrafa müxtəlif xəstəliklərin yayılması prosesi də başlayacaq. Bu isə 5 milyona yaxın insanın həyatının risk altına düşməsi deməkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.