Bağçalarda döyülən UŞAQLAR: - Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?
24-09-2024, 07:54
Xəbər verdiyimiz kimi, paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib. Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib. Uşağın valideyini Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.
Bu kimi hadisələr ictimai xarakter daşıyır. Uşaqları cəmiyyətdə dəyər kimi qəbul ediriksə, bu dəyərin qorunması üçün kimliyindən asılı olmayaraq hər kəsdə məsuliyyət hissi olmalıdır. Bəs azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Gülnar orucova deyib ki, belə hallarda valideyn hüquq-mühafizə orqanlarına müraciət etməsin deyə onu razı salırlar. Valideyn hüquq-mühafizə orqanlarına müraciət etmirsə bu məsələyə baxılmır:
"Bəzən müəllimə işdən çıxarılır və proses bunula yekunlaşır. Müəllimi işdən çıxarmaqla bərabər onu məsuliyətə cəlb etmək lazımdır. Məsuliyyətə cəlb olunmalıdır ki, digərləri də bunlardan dərs çıxartsın. Bunu edən bir insan müəyyən müddət azadlıqdan məhrum edilməlidir. Bundan əvvəl hansısa psixoloji mərkəzdə mütəxəssis- yəni mərkəzin rəhbəri təpiklə uşağı vururdu. Məsələni barışığa bağladılar. Valideyn bildirdi ki, bu şəxs mənim qohumumdur. Amma belə bir şey olmamalıdır. Bağçada müəllim deyə bir anlayış yoxdur. Burada tərbiyəçi və dayə olur. Əgər kimsə əməkhaqqından narazıdırsa, o işdə işləməməlidir. Şəxs əməkhaqqından narazı olduğu halda işləyirsə, bu onun öz peşəsinə qarşı narahatlıqlar yaradır. Əsəbləri pozulduqdan uşaqlara zorakılıqlar etməyə başlayırlar".
Psixoloqun sözlərinə görə, bu cür hallarda biz də bağçanın müdiri işdən çıxarılır. Bu yetərli olsaydı hadisələr təkrar olunmazdı. İstər özəl, istərsə də dövlət bağçalarına nəzarət kameraları quraşdırılmalıdır:
" Bağçalarda deyirlər ki, kameranı özümüz baxmaq üçün qoymuşuq. Niyə valideyn baxmasın? Siz burada hansı qanun pozuntusuna yol verirsiniz ki, valideyn görüntüləri görmədin. Onlayn sistem dünyada izləmə zamanı müəyyən problemlər ortaya çıxara bilər. Çünki bəzən valideyn baxır ki, uşağı yerdə oturub ağlayır. Deyir ki, mənim uşağım niyə yerdə oturub ağlamalıdır. Bağçanın psixoloqu olmalıdır və bunu valideynə izah etməlidir. Bu cür hallar olmamalıdır. Hər kəs bilməlidir ki, başqasının uşağını döymək, vurmaq məharət deyil. Bunu etmək olmaz. Əsəblərin dözmürsə, işdən çıx. Tək qüsuru olan uşağı döymək olmaz. Valideynlər mütləq şəkildə şikayət etməlidir. Buna görə də məsuliyyəti bağçanın rəhbəri, tərbiyəçisi və valideyn daşıyır".